news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 iyun 2016

Səfir Elman Abdullayev etimadnaməsini Cibuti Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Cibuti Respublikasının Prezidenti cənab İsmayıl Ömər Quelleyə təqdim edib.

Cibuti Prezidenti ilə keçirilmiş görüşdə səfir Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını cənab İsmayıl Ömər Quelleyə çatdırdı. Elman Abdullayev Azərbaycanın Afrika qitəsinin mühüm ölkələrindən biri olan Cibuti ilə münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirdi.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə toxunan səfir Elman Abdullayev Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin bu günədək icra olunmadığını, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etdiyini və bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini Cibuti Prezidentinin diqqətinə çatdırdı.

Cibuti Respublikasının Prezidenti cənab İsmayıl Ömər Quelle salamlarının və hörmətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi. Ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edən Cibuti Prezidenti İsmayıl Ömər Quelle səfir Elman Abdullayevə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Görüşdə həmçinin, müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olundu.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti