Səfir Daşqın Şikarov Pakistan Senatının Sədri Mian Rza Rəbbani ilə görüşüb
Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində tutduğu ədalətli mövqeyini xüsusilə qeyd edən səfir Daşqın Şikarov Pakistan Senatına Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin və bu ilin 3 may tarixində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində keçirilmiş qondarma “parlament seçkilərini” pisləyən bəyanatın qəbul olunmasına görə təşəkkürünü bildirdi.
Görüş əsnasında Pakistanın Prezidenti cənab Məmnun Hüseynin 11-14 mart 2015 –ci il tarixində Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyəti qeyd olundu.
Pakistan Senatının Sədri Mian Rza Rəbbani ölkələrimiz arasındakı münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etməsindən məmnun olduğunu bildirərək, Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyini qəti şəkildə dəstəklədiyini bir daha vurğuladı. O, Pakistan Senatı və Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlığın və qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.