news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 iyul 2015

Mətbuat Xidmətinin Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı bağlı mətbuata açıqlaması

Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. 

Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti