No:237/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, xarici işlər naziri ilə görüşünə dair məlumatı

Bu ilin 19 iyun tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, xarici işlər naziri Əhməd Nasir Əl-Məhəmməd Əl-Sabah ilə görüşüb.  Nazir Ceyhun Bayramov həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd edərək, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında aparılan əməkdaşlığı yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar. 

Nazir Ceyhun Bayramov  münaqişə sonrası regionda mövcud olan vəziyyət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb.

Küveyt naziri ölkələrimiz arasında münasibətlərin tarixi köklərə əsaslandığını ifadə edib və qarşılıqlı yüksək səviyyəli səfərlərin bu əlaqələrin inkişafına təkan verəcəyini qeyd edib. O, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin zəruriliyini vurğulayıb.

Tərəflər, həmçinin turizm, təhsil, yüksək texnologiya və kibertəhlükəsizlik sahəsində mümkün əməkdaşlıq  imkanları ətrafında fikir mübadiləsi aparıblar.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti