news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 sentyabr 2015

Pakistan İslam Respublikası Senatının işğal edilmiş ərazilərdə keçirilmiş qanunsuz “seçkilər”lə bağlı bəyanatı haqqında

Pakistan İslam Respublikası Senatının Müdafiə məsələləri üzrə Daimi Komitəsi 14 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki qurama rejimin “özünüidarəetmə orqanları”na 13 sentyabr 2015-ci il tarixində keçirilmiş qanunsuz “seçkilər”lə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda Ermənistanın işğalçılıq siyasəti qəti şəkildə pislənilir, zəbt olunmuş torpaqlarda keçirilən qanunsuz“seçkilərin” beynəlxalq hüquq normalarına və sülh prosesinə zidd olduğu vurğulanır, habelə Ermənistanın cinayətlərini legitimləşdirmək cəhdi kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörməti bir daha təsdiq edən bəyanatda, həmçinin münaqişənin davamlı və uzunmüddətli həll yolunun BMT Təhlükəsizlik Şurasının qətnamələrində də təsbit olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması olduğu qeyd edilir.

Qeyd edək ki, Pakistan Senatının Komitələrində qəbul olunan qətnamələr, qərarlar və verilən bəyanatlar Pakistan İslam Respublikası Senatın mövqeyi hesab olunur. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti