news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 fevral 2015

Pakistan Baş nazirinin xarici işlər və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Sartaj Əziz nazir Elmar Məmmədyarova təşəkkür məktubu göndərib

Xarici işlər naziri Elmar Məmmədyarovun Pakistanın Peşavar vilayətində məktəbdə 2014-cü ilin 16 dekabr tarixində törədilmiş terror hücumları ilə əlaqədar ünvanlandığı başsağlığı məktubuna cavab olaraq Pakistan İslam Respublikasının Baş nazirinin xarici işlər və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Sartaj Əziz təşəkkür məktubu göndərib.

Məktubda Sartaj Əziz bu çətin zamanda qardaş Azərbaycanın göstərdiyi dəstək və həmrəyliyin məlum hadisələr zamanı həlak olanların ailələləri və Pakistan xalqı üçün güc və təsəlli mənbəyi olduğunu qeyd edib.
 
Məktubda terror aktı zamanı həlak olanların yaxınlarına və yaralananlara Azərbaycanın yardım təklifinin yüksək qiymətləndirildiyini deyən Sartaj Əziz hər iki xalqın ehtiyac duyulan anlarda bir-birinin yanında olduqlarına əminliyini ifadə edib.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti