No:742/23, Nazir Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığına dair mətbuat məlumatı

26 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

 

Telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

 

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti