No:738/23, Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda növbəti məsləhətləşmələrə dair mətbuat məlumatı

21 dekabr 2023-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası xarici işlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələrin növbəti raundu keçirilib.

 

Məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb.

 

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa regional təşkilatlarının gündəliyində duran qarşılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti