No:722/23, Xarici İşlər Nazirliyinin rəhbər heyətinin Fəxri Xiyaban ziyarətinə dair mətbuat məlumatı 

12 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbər heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib.

 

Ziyarətdə, Fəxri Xiyabanda dəfn olunmuş görkəmli tarixi şəxsiyyət, dövlətçilik və müstəqillik tariximizdə müstəsna rolu və xidmətləri olan Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin hörmətlə yad edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti