No:683/23, Xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüşünə dair mətbuat məlumatı

30 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüşüb.

 

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və regional vəziyyət müzakirə edilib.

 

Nazir həmkarını post-münaqişə dövründə reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinin perspektivləri barədə ətraflı məlumatlandırıb.

 

Bölgədə sülhün alternativinin olmadığı, Ermənistan tərəfinin təxribatçı addımlardan çəkinəcəyinə ümidvar olduğumuz nazir tərəfindən vurğulanıb.

 

Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti