No:602/22, Xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfərinə dair mətbuat məlumatı
23 dekabr 2022 09:00
23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi nəzərdə tutulur.