No:575/23, İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli rəsmilərinin iclasına dair mətbuat məlumatı
9 oktyabr 2023-cü il tarixində, Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.
Görüş Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub.
Görüş zamanı, 10 oktyabr 2023-cü il tarixində Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.