No:574/23, Nazir Ceyhun Bayramovun İƏT-in Xarici İşlər Nazirləri Şurasının Şuşada keçiriləcək 27-ci iclasında iştirakına dair mətbuat məlumatı
10 oktyabr 2023-cü il tarixində, İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov iştirak edəcək.
Tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulur.