No:573/23, Azərbaycan Respublikası ilə Qətər Dövlətinin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrə dair mətbuat məlumatı

6 oktyabr 2023-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Qətər Dövlətinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

 

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər Dövləti tərəfindən xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Mureyxi rəhbərlik edib.

 

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar. 

 

Qətər Dövləti tərəfinə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti