No:540/22, Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşünə dair mətbuat məlumatı

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

 

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. 

 

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti