No:514/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistan İslam Respublikasına yola düşüb. Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti