No:502/23, Nazir Ceyhun Bayramovun BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak üçün ABŞ-a işgüzar səfərinə dair mətbuat məlumatı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb. 

 

Səfər zamanı Nazir Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti