No:495/24, Xarici İşlər Nazirliyinin rəhbərliyinin Ulu Öndər Heydər Əliyevin anım günündə Fəxri Xiyabana ziyarətinə dair mətbuat məlumatı
12 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi heyəti xalqımızın Ulu Öndəri Heydər Əliyevin anım günündə Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın dövlətçilik tarixində ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, xalqımızın inkişaf və rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin məzarı qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əbədiyaşar xatirəsi dərin hörmət və ehtiramla yad edilib.