No:492/21, ”Diplomatiya aləmi” jurnalının müxtəlif nömrələrinin nəşri və çapının satın alınması məqsədilə təkliflər sorğusunun keçirilməsi barədə elan

 

E L A N

 

Təkliflər sorğusu 1 lot üzrə keçiriləcəkdir.

İddiaçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.

İddiaçılar müsabiqəyə təqdim olunan təklifdə malların qiymətini nəqliyyat, sığorta, vergilər, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərməlidir. Təkliflər bal sistemi üsulu ilə qiymətləndiriləcəkdir.

Təkliflər sorğusunda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50 ünvanından əldə edə bilərlər. Əlaqələndirici şəxs: Abdullayev Cavid Zahir oğlu. Telefon: (+99412 596 92 57)

İştirak haqqı nəzərdə tutulmur.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
  2. iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əsasnaməsi), qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (İddiaçının hüquqi sənədlərinin surəti notarial qaydada təsdiqli olmalıdır);
  3. iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  4. malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  5. İddiaçının təklifi (zərflər açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  6. tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
  7. iddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;
  8. iddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət orqanından arayış;
  9. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  10. müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  11. satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Sənədlər Azərbaycan dilində, 1 nüsxə əsli və bir nüsxə surəti şəklində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə  tərcümə olunmalıdır). Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün tələb olunan sənədləri ikiqat qapalı möhürlənmiş zərfdə 20 dekabr 2021-ci il saat 17:00 tarixinədək Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50 ünvanında yerləşən Xarici İşlər Nazirliyinin tender komissiyasına təqdim  etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 

     İddiaçıların təklif zərfləri 21 dekabr 2021-ci il saat 11:00 tarixdə Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50 ünvanında yerləşən Xarici İşlər Nazirliyinin inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.                          

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti