No:490/25, Nazir Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığına dair mətbuat məlumatı 

29 dekabr 2025 21:46

29 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
 
Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar. 

 

Nazirlər cari ildə olduğu kimi, növbəti ildə də ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduqlarını bildiriblər.

 

Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti