No:488/24, Nazir müavini Yalçın Rəfiyevin Manama Dialoqu Forumunda iştirakına dair mətbuat məlumatı

6 dekabr tarixində Bəhreyndə “20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu” öz işinə başlayıb. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.

 

Forumda Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.

 

Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusunda paneldə məruzəçi qismində çıxış edib.

 

Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

 

Forum dekabrın səkkizinədək davam edəcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti