No:488/22, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı - YUNESKO-da “Bakı prosesinə” dair qərar barədə məlumat

19 oktyabr tarixində Azərbaycan Respublikasının YUNESKO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.

 

YUNESKO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsinin qəbul edilməsinə mane olmağa çalışsa da, buna müvəffəq ola bilməyib. 

 

Xüsusilə qeyd olunmalıdır ki, UNESCO İcraiyyə Şurasının 58 üzv ölkələrindən 41-i qərar layihəsinə həm-müəllif kimi qoşulub.

 

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2008-ci ildən başlanılmış sözügedən proses dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olmaqla yanaşı, BMT tərəfindən dəstəklənib. 

 

YUNESKO və İSESKO kimi beynəlxalq təşkilatların tərəfdaşı olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500 yaxın iştirakçı qatılıb. Dünya Forumu bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas platformalardan biri hesab edilir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti