No:485/23, Nazir Ceyhun Bayramovun BMT-nin Cenevrədəki Ofisində xalça sərgisinin açılışında iştirakına dair mətbuat məlumatı

12 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin Cenevrədəki Ofisində azərbaycanlı rəssam Faiq Əhmədin əsərlərindən ibarət xalça sərgisinin açılışında iştirak edib.

 

Sərginin açılışına BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya, Cenevrə şəhərində mövcud beynəlxalq təşkilatların rəsmiləri, xarici ölkələrin səfirləri qatılıblar. 

 

Tədbirdə açılış nitqi ilə çıxış edən BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya sözügedən sərginin Azərbaycanın zəngin mədəniyyətinin, xalçaçılıq sənətinin daha yaxından tanıdılması imkanı yaratdığını diqqətə çatdırıb.

 

Ekspozisiyası çoxlu sayda əsər və instalyasiyalardan, rəssamın yaradıcılığında mühüm yer tutan xalçalardan ibarət sərgi 12 gün ərzində BMT ofisinin ziyarətçilərinə açıq olacaq.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti