No:479/24, Azərbaycanın Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi çərçivəsində keçirilən “Rəqəmsal dövrdə müasir diplomatiya” seminarına dair mətbuat məlumatı

5-6 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Sülh naminə Tərəfdaşlıq (SNT) Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Rəqəmsal dövrdə müasir diplomatiya” mövzusunda ikigünlük seminar həyata keçirilir.
 
Seminarda Xarici İşlər Nazirliyinin gənc diplomatları iştirak edir.

 

Seminar çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının müasir beynəlxalq münasibətlərdə diplomatiyanın həyata keçirilməsinə gətirdiyi dəyişikliklər, İKT-dən istifadənin riskləri və fürsətləri müzakirə olunacaq.
 
Seminar zamanı, həmçinin, gənc diplomatlar kibertəhlükəsizlik və dezinformasiya problemləri, onların qarşısının alınması istiqamətində istifadə olunan metodlar, habelə beynəlxalq münasibətlər sistemində mövcud çağırışlarla mübarizədə cavab tədbirlərinin görülməsi yollarına yiyələnəcəklər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti