No:475/23, Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanat

Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. 

 

Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir.

 

Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır. 

 

Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti