No:463/23, Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyaya rəsmi səfərinə dair mətbuat məlumatı

5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə yola düşüb.

 

Səfər çərçivəsində, nazir Ceyhun Bayramov ilə Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur. 

 

Səfər zamanı, həmçinin nazir Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirak və çıxışı gözlənilir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti