No:434/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Belçika Krallığına səfərinə dair məlumatı
14 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Brüssel şəhərinə yola düşüb.
Səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.