No:429/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Tacikistan Respublikası xarici işlər naziri ilə görüşünə dair məlumatı
10 noyabr 2021-ci il tarixində Parisə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikası xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regiondakı cari vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.