No:415/19, AR Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır (Az/Ru)

Sual: Ermənistan XİN-i Naxçıvanda ermənilərə qarşı uydurma qırğınlarla bağlı bəyanatla çıxış edib. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın hazırkı rəhbərliyi, öz sələflərinin təcrübəsini davam etdirərək, heç də inandırıcı olmayan açıqlamaların verilməsi ilə məşğuldur. Həqiqətdə isə tarixi faktlar onu göstərir ki, məhz erməni silahlı dəstələri hələ 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağda, həmin ilin iyun-oktyabr aylarında isə Zəngəzur və Naxçıvan qəzalarında dinc əhalinin kütləvi qırğınlarını həyata keçirməyə başlayıb. Rəsmi Yerevan bunu çox yaxşı bilir.

Hətta Ermənistan tərəfi on minlərlə dinc azərbaycanlı sakinin məhz etnik və dini mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirildiyini unutmaq istəsə belə, buna nə tarix, nə də arxivlərdə saxlanılmış sənədlər imkan verməyəcək. Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın və soyqırımı siyasəti ilə tanış olmaq üçün Stepan Şaumiyanın memuarları və 1926-ci ildə dərc edilmiş Böyük Sovet Ensiklopediyası ilə tanış olmaq kifayətdir.

Bundan əlavə, əgər Ermənistan XİN-i öz bəyanatlarında ardıcıl olmaq istəyirsə, o zaman Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı böyük qəddarlıqla törədilmiş kütləvi qırğın barəsində susmamalıdır. 613 mülki şəxsin, o cümlədən 63 uşaq və 106 qadının qətlə yetirildiyi bu insanlıq əleyhinə cinayət bir əsr deyil, cəmi 27 il bundan öncə törədilib. Ermənistanın keçmiş Prezidenti xarici jurnalistlər qarşısında bu cinayətlə bağlı etirafla çıxış etməyə belə çəkinməmişdir: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq. Bax bu baş verdi”.

Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əhalini sülhə hazırlamaq çağırışı fövqündə Ermənistan XİN-in bu ritorikası qəribə səsləndiyi qədər zərərlidir. Münaqişənin həlli nöqteyi nəzərindən emosional fonu gərginləşdirən bu kimi bəyanatlar vermək əvəzinə, Ermənistan XİN-i “yazıq erməni” obrazını bir kənara qoyub, Azərbaycanın ərazilərinə qarşı əsassız iddialardan əl çəkməli, Azərbaycan ərazilərinin işğalına son qoymalı, münaqişənin həll olunması və iki xalqın sülh, sabitlik, təhlükəsizlik və tərəqqi şəraitində yaşaması üçün konkret addımlar atmaq barədə düşünməlidir.

 

***

Начальник Управления пресс-службы МИД АР Лейла Абдуллаева отвечает на вопрос СМИ

Вопрос: МИД Армении выступил с заявлением о столетии якобы имевших место погромов в селе Айлис Нахчыванского региона Азербайджана. Как бы Вы могли его прокомментировать?

Ответ: К сожалению, необходимо констатировать, что нынешнее руководство Армении, продолжая практику своих предшественников, зачастую прибегает к распространению полных измышлениями заявлений, не выглядящих убедительными. Исторические факты свидетельствуют, что именно армянские вооружённые подразделения ещё с марта 1918 года начали массовое истребление мирного населения Баку, Шамахы, Губы, Карабаха, продолженное в июне-октябре того же года в Зангезурском и Нахчыванском уездах. И официальный Ереван прекрасно об этом знает.

Но даже если армянская сторона и захочет предать забвению десятки тысяч мирных азербайджанцев, убитых именно по причине их этнической и религиозной принадлежности, ни история, ни архивные документы не позволят сделать этого. Чтобы ознакомиться с политикой преднамеренных крупномасштабных убийств и геноцида, совершённых армянами против азербайджанцев в 1918 году, достаточно прочитать воспоминания Степана Шаумяна и Большую советскую энциклопедию 1926 года выпуска.

Более того, хотела бы отметить, что если МИД Армении желает быть последовательным в своих заявлениях, то нельзя обходить молчанием массовую расправу над мирным населением азербайджанского города Ходжалы, с особой жестокостью учинённую вооружёнными силами Армении. А ведь с момента совершения этого преступления против человечности, жертвами которого стали 613 мирных жителей, в том числе 63 ребёнка и 106 женщин, минул не век, а всего 27 лет.  Однако это не помешало бывшему президенту Армении вскоре после трагедии перед лицом иностранных журналистов выступить с фактическим признанием: «До Ходжалы азербайджанцы думали, что с нами можно шутки шутить, они думали, что армяне не способны поднять руку на гражданское население. Мы сумели сломать этот [стереотип]. Вот что произошло».

 В целом же, на фоне призывов сопредседателей Минской группы ОБСЕ осуществлять подготовку населения к миру, подобная риторика МИД Армении выглядит насколько странной, настолько и контрпродуктивной. Вместо озвучивания такого рода заявлений, лишь обостряющих неблагоприятный с точки зрения урегулирования конфликта эмоциональный фон, МИД Армении следовало бы, оставив в стороне показную «многострадальность», отказаться от необоснованных территориальных притязаний на территории Азербайджана, приступить к деоккупации и задуматься над осуществлением конкретных шагов с целью урегулирования конфликта и обеспечения условий для совместного проживания обоих народов в атмосфере мира, стабильности, безопасности и прогресса.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti