No:409/19, Bu ilin 23 dekabr tarixində Tbilisi şəhərində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək

Bu ilin 23 dekabr tarixində Tbilisi şəhərində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.

Görüş zamanı Xarici İşlər nazirləri üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə muzakirələr aparacaqlar.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti