No:404/19, Nazir Elmar Məmmədyarov Moldova Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab George Leukanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar.


İki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin gələn ilin əvvəlində Moldovada keçiriləcəyi qeyd olundu.

Nazir GUAM çərçivəsində ölkələr arasında səmərəli əməkdaşlığı vurğuladı və təşkilatın iqtisadi ölçüsünün möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etdi.

Tərəflər ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd etdi və iqtisadi və enerji sahələrində əməkdaşlığını daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Səfir George Leuka diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Bu xüsusda, Səfir Azərbaycan və Moldovada keçirilən sərgilər, konsertlər, hər iki ölkənin milli bayramları ilə həyata keçirilən tədbirlər, həmçinin azərbaycanlı və moldovalı müəlliflərin kitablarının hər iki dilə tərcümə olunmasının əhəmiyyətini qeyd etdi.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıldı.

Elmar Məmmədyarov səfir George Leukanı ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti