No:399/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks ilə görüşüb

Latviyaya rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Latviya Respublikasının Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Görüş zamanı tərəflər hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər barəsində fikir mübadiləsi apardılar.

Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırdı.

Tərəflər iki ölkənin hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı məsələsini müzakirə etdilər.

Görüş zamanı, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı və səfər mübadiləsinin reallaşdırılması müzakirə edildi.

Görüşdən sonra nazir Elmar Məmmədyarov Latviyanın İşğal Muzeyinə baş çəkib və muzeydəki material və eksponatlarla tanış olub.
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti