No:394/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Xarici İşlər naziri Elmar Məmmədyarov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Salima Abdelhakı qəbul edib.
Nazir Elmar Məmmədyarov Əlcəzairin ölkəmizdəki səfiri xanım Salima Abdelhakı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi.
Görüş zamanı tərəflər Azərbaycan və Əlcəzair arasında iqtisadi, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər.
Səfir Salima Abdelhak etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Nazir Elmar Məmmədyarov Səfirə diplomatik fəaliyyətində uğurlar arzu etdi.