No:386/16, Xarici İşlər naziri Elmar Məmmədyarov öz rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb (Az/Ru)
Bu ilin 3 dekabr tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Bakıya rəsmi səfər edən Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib. Təkbətək formatda başlanan fikir mübadiləsi sonra daha geniş tərkibdə davam etdirilib. Nümayəndə heyətləri çərçivəsində, həmçinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov təmsil olunublar.
Nazirlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqi üçün yeni imkanların açılması baxımından önəmli olduğunu bildiriblər. Mütəmadi xarakter daşıyan Dövlət başçılarının qarşılıqlı səfərləri və müxtəlif çoxtərəfli zirvə toplantıları çərçivəsində təmasları iki ölkə arasında təşəkkül tapmış intensiv dialoqun və əməkdaşlığın bariz nümunələri kimi qeyd edildi.
Həmçinin cari ilin 20-25 noyabr tarixlərində həyata keçirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiyaya etdiyi rəsmi səfərin əhəmiyyəti vurğulanıb. Səfərin nəticələrinə dair ikitərəfli əməkdaşlıq çərçivəsində yeni prioritet istiqamətin – innovasiya və yüksək texnologiyalar – müəyyən edilməsi, həmçinin iki ölkə arasında gənclərarası forumların ənənəyə çevrilməsi kimi vacib qərarların qəbul edilməsi Azərbaycan-Rusiya əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından önəmli olduğu bildirilib.
Bu xüsusda, S.Lavrov ölkəmizə etdiyi hazırkı səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə qeyd edərək, həmin qəbul zamanı olduqca məzmunlu və məhsuldar fikir mübadiləsinin aparıldığını məmnuniyyətlə söyləyib.
Rusiya naziri BMT, ATƏT, MDB və ölkələrimizin tərəfdaşlıq etdiyi digər ənənəvi formatlar çərşivəsində qarşılıqlı dəstəyin göstərilməsinə sadiq olduğunu təqdirəlayiq hal kimi qeyd etdi. Eyni zamanda, S.Lavrov ölkəmizi Qoşulmama Hərəkatında sədrliyə başlaması münasibətilə təbrik edib, Azərbaycanın sədrliyi dövründə RF ilə QH arasında əlaqələrin daha da inkişaf edəcəyinə dair ümid ifadə etdi.
Nazir E.Məmmədyarov öz tərəfindən Rusiya ilə ayrı-ayrı sahələr, o cümlədən sənaye, turizm, nəqliyyat və kommunikasiya, təhsil və s. istiqamətlər üzrə duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini bildirdi. İqtisadi əlaqələr üzərində dayanaraq, o, qarşılıqlı ticarət dövriyyəsinin müsbət dinamika ilə seçildiyini xüsusilə vurğuladı. Bu baxımdan, Samur çayı üzərində tikilmiş yeni sərhəd körpüsünün tezliklə istifadəyə verilməsinin qarşılıqlı ticarətə və insanlararası təmaslara yeni təkan verəcəyi qeyd olundu.
Nazirlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq iqliminin təmin edilməsi və təsərrüfat fəaliyyətinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söylədi. Bu baxımdan, Xəzəryanı ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi üzrə mövcud perspektivlər müzakirə edildi.
Tərəflər Azərbaycanla Rusiya arasında müxtəlif formatlarda, o cümlədən parlamentlərarası təmaslar, habelə müvafiq Nazirliklər və qurumlar arasında əməkdaşlıq şəklində aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını söylədilər.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində substantiv danışıqların aparılmasının vacibliyini vurğulayaraq, Rusiya Federasiyası da daxil olmaqla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin göstərdiyi vasitəçilik səylərinin real nəticə gətirəcəyinə dair ümid ifadə etdi.
S.Lavrov ölkəsinin münaqişənin dinc yolla nizama salınması üzrə vasitəşilik səylərinin davam etdirilməsini vacib hesab etdiyini və bu istiqamətdə fəal olmaq niyyətində olduğunu bildirdi.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edildi.
Görüşün yekunlarına dair Nazirlər Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmələr planını imzaladılar. Eyni zamanda, Rusiya XİN başçısı Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan xatirə kitabına ürək sözlərini yazdı.
* * *
Министр иностранных дел Эльмар Мамедъяров встретился со своим российским коллегой Сергеем Лавровым
3 декабря c.г. состоялась двусторонняя встреча Министра иностранных дел Эльмара Мамедъярова с Министром иностранных дел Российской Федерации Сергеем Лавровым, прибывшим в Баку с официальным визитом. Обмен идеями, который начался в формате с глазу на глаз, затем был продолжен в расширенном составе. Чрезвычайный и полномочный посол Азербайджана в России Полад Бюльбюль оглы и Чрезвычайный и полномочный посол России в Азербайджане Михаил Бочарников также были представлены в составе делегаций.
Министры отметили, что многоплановые азербайджано-российские отношения, которые развиваются на уровне стратегического партнерства, важны с точки зрения как интересов обеих стран, так и открытия новых возможностей для стабильности и прогресса региона в целом. Носящие регулярный характер взаимные визиты глав государств и контакты на полях различных встреч на высшем уровне были выделены как примеры интенсивного диалога и сотрудничества, сложившегося между двумя странами.
Также была подчеркнута важность официального визита Первого вице-президента Азербайджанской Республики г-жи Мехрибан Алиевой в Россию, состоявшегося 20-25 ноября с.г. Отмечено, что принятие по итогам визита столь значимых решений, как определение нового приоритетного направления в рамках двустороннего сотрудничества – инновации и высокие технологии, а также превращение в традицию практики проведения молодёжных форумов важно для дальнейшего углубления азербайджано-российского сотрудничества.
В этой связи С.Лавров, выразив благодарность за то, что в ходе своего нынешнего визита в нашу страну он был принят со стороны Президента Азербайджанской Республики г-на Ильхама Алиева, указал на проведение в рамках этой аудиенции очень содержательного и продуктивного обмена мнениями.
Российский министр отметил в качестве достойной похвалы приверженность практике оказания взаимной поддержки в рамках ООН, ОБСЕ, СНГ и прочих традиционных платформ сотрудничества наших стран. Наряду с этим, С.Лавров поздравил нашу страну с началом председательства в Движении Неприсоединения и выразил надежду на дальнейшее развитие отношений между РФ и ДН в период председательства Азербайджана.
Министр Эльмар Мамедъяров, со своей стороны, отметил важность выполнения стоящих перед нами задач сотрудничества с Россией в различных областях, включая промышленность, туризм, транспорт и коммуникации, образование и пр. направления. Говоря об экономических отношениях, он особо подчеркнул, что взаимный товарооборот демонстрирует положительную динамику. В этой связи было отмечено, что скорейшая сдача в эксплуатацию нового пограничного моста через реку Самур придаст новый импульс взаимной торговле и межличностным контактам.
Министры заявили, что подписание Конвенции о правовом статусе Каспийского моря имеет важное значение с точки зрения обеспечения мира, спокойствия и сотрудничества в регионе, а также расширения экономической деятельности. В этом контексте обсуждались имеющиеся перспективы дальнейшего развития сотрудничества между прикаспийскими странами.
Стороны отметили, что диалог между Азербайджаном и Россией в различных форматах, включая межпарламентские контакты, а также сотрудничество между соответствующими министерствами и ведомствами, носит интенсивный и доверительный характер.
Э.Мамедъяров, подчеркнув важность проведения субстантивных переговоров по урегулированию армяно-азербайджанского нагорно-карабахского конфликта, выразил надежду, что посреднические усилия сопредседателей Минской группы ОБСЕ, включая Российскую Федерацию, дадут осязаемые результаты.
С.Лавров сказал, что его страна считает необходимым продолжение посреднических усилий с целью мирного урегулирования конфликта и намерена активно действовать в этом направлении.
На встрече также обсуждались другие региональные и международные вопросы, представляющие взаимный интерес.
По итогам встречи Министры подписали План консультаций между Министерствами иностранных дел Азербайджана и России на 2020 год. Глава МИД России также оставил свою запись в памятной книге, посвященной 100-летию органов дипломатической службы Азербайджана.