No:384/19, Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib
Nazir Elmar Məmmədyarov Israilin ölkəmizdəki səfiri Corc Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi.
Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə etdilər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər.
Səfir Corc Dik etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
Səfir Corc Dik diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirdi.
Nazir Elmar Məmmədyarov səfir Corc Dik diplomatik fəaliyyətində uğurlar arzu etdi.