No:383/19, AR XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi və orada qondarma rejimin nümayəndələri ilə görüşlər keçirməsinin şərh edilməsi ilə bağlı KİV
Cavab: Ermənistan baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedərək burada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi, torpaqlarımızın hərbi işğalına məhz Emənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti dəfə bariz göstəricisidir. Bir müddət öncə Ermənistanın guya ki, Dağlıq Qarabağ yerinə qərar qəbul edə bilməyəcəyini iddia edən baş nazir Paşinyan, atdığı bu addımları ilə münaqişənin həlli üzrə aparılan danışıqların birbaşa iştirakçısının elə Ermənistan olduğunu təsdiq etmiş oldu. Demək ki, oğlu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən, işğal olunmuş ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinə baş çəkib mövcud vəziyyətlə tanış olan, qondarma rejimin nümayəndələri ilə görüşlər keçirib planlar quran N.Paşinyan bəhanələri bir kənara qoyaraq, danışıqlar masasında birbaşa iştirakçı kimi qərar qəbulunda iştirak eməlidir.
---
Начальник Управления пресс-службы МИД АР Лейла Абдуллаева отвечает на запрос СМИ прокомментировать визит премьер-министра Армении в оккупированный Нагорный Карабах и его встречу с представителями марионеточного режима.
Ответ: Посещение премьер-министром Армении Н.Пашиняном оккупированного Нагорно-Карабахского региона Азербайджана, где он встретился с марионеточными представителями незаконного режима и выехал в расположение оккупационных войск своей страны на линии соприкосновения вооружённых сил Армении и Азербайджана является очередной явной демонстрацией того, что именно Армения несёт ответственность за оккупацию и осуществляет контроль над оккупированными территориями.
Эти шаги премьер-министра Пашиняна, незадолго до этого утверждавшего, что Армения якобы не сможет принять решение вместо Нагорного Карабаха, подтвердили, что как раз Армения является непосредственным участником переговоров по урегулированию конфликта. Это означает, что Н.Пашинян, чей сын несёт воинскую службу в оккупированном Нагорно-Карабахском регионе Азербайджана и который лично знакомится с существующим положением вещей, посещая вооружённые силы Армении на наших оккупированных территориях, строит планы, встречаясь с представителями марионеточного режима, должен отложить в сторону свои отговорки и без экивоков участвовать принятии решения за столом переговоров.