No:381/19, Ermənistan baş nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Bişkekdə keçirilən görüşündə çıxışı ilə əlaqədar AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın şərhi (AZ/RU)
Ermənistanın baş naziri N.Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən iclası zamanı səsləndirdiyi fikirlər onun növbəti dəfə yalan və militarist ritorikadan çıxış etdiyini bariz şəkildə göstərir. Əslində bu kimi ritorika ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqları pozan elə N.Paşinyanın özüdür. Cari ilin avqust ayında Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistandır.” fikri danışıqlar prosesinə çox ciddi zərbə vurmuşdur. Əgər N.Paşinyan bu fikrini dəyişibsə o, bunu açıq şəkildə bildirməlidir, yox əgər baş nazir bu fikrində hələ də qalırsa, bu danışıqlar üçün ciddi bir zərbədir.
Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca müxtəlif təxribatlar törədən, mülki əhalini atəşə tutan, o cümlədən bu ilin 3 oktyabr tarixində Azərbaycanlı ekskavatorçunu qətlə yetirən Ermənistan tərəfi bu kimi təxribatçı vasitələrlə KTMT-ni münaqişəyə cəlb etmək istəyir. KTMT üzv dövlətləri ilə Azərbaycan arasında, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı qeyd etmək istərdik. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə geniş əməkdaşlıq vardır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin 30 oktyabr tarixində Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunu, 26 noyabr tarixində isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edib və hər iki görüşdə 2020-ci ildə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Ehtiyac olarsa, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər. Vurğulamaq istərdik ki, bu məsələnin Ermənistan baş nazirinə hər hansı aidiyyəti yoxdur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının Aşqabad şəhərində keçirilən iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, Qaregin Njde adlı faşist cəlladına abidənin ucaldılması barəsində konkret sənədlərə və dəlillərə istinad edərək çıxış etdi. Bu çıxışa cavab verməyə cəhd göstərən Ermənistan baş naziri Paşinyanın gülünc və cəfəng fikirləri Prezident İlham Əliyev tərəfindən cavab çıxışı ilə böyük ustalıqla darmadağın edildi. İndi Ermənistan hökumətinin başçısının bu fikirləri hətta Ermənistanın özündə gülüş və məsxərə obyektinə çevrilib. Baş nazir Paşinyanın SSRİ xarici işlər naziri V.Molotovun da Hitler ilə görüşdüyünü qeyd etməsi, həmçinin Qaregin Njdeni A.Soljenitsın ilə eyniləşdirməsi tarixi savadsızlıq və sinizmin nümunəsidir.
Ermənistan baş naziri anlamalıdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT ilə heç bir aidiyyəti yoxdur.
***
Комментарий начальника Управления пресс-службы МИД АР Лейлы Абдуллаевой относительно выступления премьер-министра Армении на состоявшемся в Бишкеке заседании Организации Договора о коллективной безопасности
Высказывания, озвученные премьер-министром Армении Н.Пашиняном в ходе встречи Организации Договора о коллективной безопасности (ОДКБ) в Бишкеке, ясно демонстрируют, что он вновь прибегает к лживой и милитаристской риторике. Фактически, именно сам Пашинян подобной риторикой подрывает переговоры, ведущиеся с целью урегулирования армяно-азербайджанского конфликта. Спекулятивный выпад «Нагорный Карабах – это Армения», сделанный премьер-министром Армении в августе этого года в оккупированном городе Ханкенди, нанес значительный ущерб переговорному процессу. Если Пашинян изменил свое мнение – ему необходимо об этом заявить в ясной форме; а если нет, и премьер-министр все еще остается при старой позиции – это является серьезным ударом по переговорному процессу, включая деятельность и сам мандат сопредседателей Минской группы ОБСЕ.
Армянская сторона, устраивающая различные провокации вдоль линии армяно-азербайджанской государственной границы, подвергающая обстрелу мирных жителей, в частности 3 октября сего года убившая азербайджанского водителя экскаватора, подобными провокационными средствами хочет втянуть ОДКБ в конфликт. Между государствами-членами ОДКБ и Азербайджаном существует тесное сотрудничество, в том числе в военно-политической и военно-технической областях. Особо хотелось бы отметить сотрудничество, сложившееся между Россией и Азербайджаном. Россия и Азербайджан активно развивают взаимодействие во всех сферах, включая военно-техническую. Как известно, Президент Азербайджанской Республики господин Ильхам Алиев принял 30 октября сего года министра обороны Российской Федерации Сергея Шойгу, а 26 ноября – начальника Генерального штаба Вооруженных сил Российской Федерации Валерия Герасимова, и на обеих встречах обсуждались вопросы военного сотрудничества между нашими странами на 2020 год. При необходимости Азербайджан может закупить у России новое вооружение. Хотели бы подчеркнуть, что этот вопрос никак не связан с компетенцией премьер-министра Армении.
Президент Азербайджана господин Ильхам Алиев выступил на заседании Совета глав государств СНГ в Ашхабаде, где со ссылкой на конкретные документы и свидетельства указал на героизацию фашизма в Армении и установку памятника нацистскому палачу Гарегину Нжде. Смехотворные и абсурдные комментарии премьер-министра Армении Пашиняна, который попытался парировать это выступление, были с большим мастерством изобличены в ответном слове Президента Ильхама Алиева. Теперь эти неуклюжие риторические упражнения главы армянского правительства стали предметом насмешек и колких комментариев в самой Армении. Ссылка премьер-министра Пашиняна на то, что наркоминдел СССР В.Молотов тоже встречался с Гитлером, равно как и отождествление им Гарегина Нжде с А.Солженицыным являются примером исторической безграмотности и цинизма.
Премьер-министр Армении должен осознать, что армяно-азербайджанский нагорно-карабахский конфликт не имеет никакого отношения к ОДКБ.