No:380/25, 27 sentyabr - Anım Günü münasibətilə Xarici İşlər Nazirliyinin rəhbər heyətinin Zəfər parkına ziyarətinə dair mətbuat məlumatı
27 sentyabr 2025 16:06
27 sentyabr 2025-ci il tarixində ölkəmizdə Anım Günü münasibətilə Xarici İşlər Nazirliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib.
Heyət 44 günlük Vətən müharibəsi qələbəsinə həsr olunan Zəfər abidəsinin önünə gül dəstələri düzərək, qəhrəmanlarımızı dərin hörmət və minnətdarlıqla yad ediblər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!