No:378/24, Xarici işlər naziri Ceyhun Bayramovun Anqola Respublikasının xarici işlər naziri Tete Antonio ilə görüşünə dair mətbuat məlumatı

25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Anqola Respublikasının xarici işlər naziri Tete Antonio ilə görüşüb.

 

Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov Afrika ölkələri ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin tərkib hissəsi olduğunu qeyd edərək, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox Afrika ölkəsi, o cümlədən Anqola ilə əməkdaşlıq imkanlarının yarandığını diqqətə çatdırıb.

 

Azərbaycan və Anqola arasında iqtisadi-ticarət, habelə humanitar sahədə ikitərəfli, o cümlədən çoxtərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi msləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb. 

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti