No:376/23, Xarici işlər naziri Ceyhun Bayramovun Esvatini Krallığının turizm və ətraf mühit naziri Moses Vilakati ilə görüşünə dair mətbuat məlumatı 

6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının koordinasiya bürosunun nazirlər görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Esvatini Krallığının turizm və ətraf mühit naziri Moses Vilakati ilə görüşüb. 

 

Görüş zamanı Azərbaycan Respublikası və Esvatini Krallığı arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Xarici işlər naziri Ceyhun Bayramov Esvatini Krallığının 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının zirvə görüşü daxil olmaqla, Hərəkatın fəaliyyətində aktiv və səmərəli iştirakı məmnunluqla qeyd edib.

 

Görüşdə həmçinin Azərbaycan və Esvatini arasında turizm, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Öz növbəsində nazir Moses Vilakati Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini məmnunluqla qeyd edib. Nazir həmçinin ölkələr arasında ikitərəfli münasibətlərin, habelə çoxtərəfli platformalarda əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib.

 

Görüş zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

 

Nazirlər iki ölkə arasında siyasi məsləhətləşmələrin vacibliyini vurğulayıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti