news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 noyabr 2019

No:375/19, AR XİN-in Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva Ermənistan Baş naziri N.Paşinyanın Milanda Azərbaycanlı bloqerin sualına cavabının şərh edilməsi ilə bağlı KİV-in sorğusuna cavabı

Cavab: Ermənistan baş nazirinin söylədiklərini onun öz əhalisini yanıltmaq cəhdi kimi xarakterizə etmək olar. Bunun başqa cür qiymətləndirilməsi mümkün deyil.

N.Paşinyan növbəti dəfə SSRİ Konstitusiyasına istinad edərək, guya ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Konstitusiya ilə ayrılmaq hüququnun olduğunu iddia edir. Öz tərəfimizdən növbəti dəfə xatırladırıq ki, SSRİ Konstitusiyasının 78-ci Maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Eyni zamanda, erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar, SSRİ ali qurumları öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etmişdi. Misal üçün, 1990-cı il 10 yanvar tarixində SSRİ Ali Sovetinin Prezidiumunun qəbul etdiyi və Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdlərinin qanunsuz olduğunu vurğulayan “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağa dair 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli qərarlarının SSRİ Konstitusiyasına uyğun olmaması barədə” qərarı. Bu mövqe, eyni ilə SSRİ Dövlət Şurasının 27 noyabr 1991-ci il qərarı və növbəti gün SSRİ Konstitusiya Nəzarət Komitəsinin qəbul etdiyi qərarda da öz əksini tapdı.

DQMV ermənilərinin birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olduğu bir halda, baş nazirin bunu SSRİ Konstitusiyası ilə əsaslandırmaq cəhdləri öz əhalisini yanıltmaq deyil bəs nədir? N.Paşinyan DQMV yerli şurasının öz müqəddəratını müəyyən etmək hüququndan istifadə etdiyini qeyd edir, lakin baş nazir Dağlıq Qarabağda 1991-ci ilin 10 dekabrında separatçıların keçirdiyi “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmir.

Xocalı soyqırımını təkzib edərək, bunu yalan adlandıran baş nazir, demək Ermənistandan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidlərinin ifadələrini yalan hesab edir. Görünür, öz müqəssirliyini utanmadan etiraf edən Ermənistanın o dövrdəki müdafiə naziri və keçmiş prezidenti Serj Sarkisyan xarici jurnalistə müsahibəsində dediyi: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” ifadələrdən də N.Paşinyanın xəbəri yoxdur.

Maraqlıdır, öz sələflərindən fərqli olaraq N.Paşinyan beynəlxalq ictimaiyyət qarşısında özünü demokratik dəyərlərin tərəfdarı kimi təqdim edir. Belə olduğu halda, o bunu təsdiq etməli və Azərbaycanın ərazilərinin işğalına son qoymalıdır ki, insanlar öz doğma torpaqlarına geri qayıtsınlar.

***

Начальник Управления пресс-службы Министерства иностранных дел Азербайджанской Республики Л.Абдуллаева отреагировала на запрос СМИ дать комментарий к ответу премьер-министра Армении Н.Пашиняна на вопрос азербайджанского блогера в Милане 

Ответ: Сказанное премьер-министром Армении можно охарактеризовать как минимум попытку ввести в заблуждение собственное население. Иная оценка этого, не представляется возможной.

Н.Пашинян в очередной раз, ссылаясь на Конституцию СССР, претенциозно утверждает, что Нагорно-Карабахская автономная область (НКАО) якобы имела конституционное право на отделение. Со своей стороны вновь напоминаем, что в соответствии со статей 78 Конституции СССР территория союзной республики не могла быть изменена без ее согласия. В то же время в связи с незаконными действиями армянских националистов, направленными на отделение НКАО от Азербайджанской ССР, высшие органы центральной власти СССР в своих решениях и постановлениях однозначно подтвердили невозможность изменения существующих границ. Например,  10  января  1990  года  Президиум  Верховного 

Совета СССР принял решение «О несоответствии Конституции СССР решений в отношении Нагорного Карабаха, принятых Верховным советом Армянской ССР от 1 декабря 1989 года и 9 января 1990 года», в котором подчеркивалась незаконность попыток отторжения Нагорного Карабаха от Азербайджанской ССР. Это же говорилось и в решении Государственного Совета СССР от 27 ноября 1991 г. и принятом на следующий день постановлении Комитета конституционного надзора СССР.

Таким образом, в условиях, когда одностороннее отделение армян НКАО противоречило советскому законодательству, как кроме введения в заблуждение собственного населения можно охарактеризовать попытки премьер-министра оправдать это Конституцией СССР? Н.Пашинян отмечает, что Облсовет НКАО воспользовался своим правом на самоопределение, но премьер-министр замалчивает, что так называемый «референдум о независимости», проведенный сепаратистами в Нагорном Карабахе 10 декабря 1991 года, был организован без согласия Азербайджана, частью которого юридически являлась эта автономная область, и в нем не приняло участие азербайджанское население края.

Премьер-министр, который отрицает Ходжалинский геноцид и называет его ложью, тем самым по сути игнорирует многие независимые источники, включая армянские, местные и международные СМИ, ставя под сомнение свидетельства очевидцев трагедии. По-видимому, Н.Пашинян не осведомлен и о признании, сделанном в интервью иностранным журналистам тогдашним министром обороны и бывшим президентом Армении Сержем Саргсяном, который не постеснялся заявить о содеянном: «До Ходжалы азербайджанцы думали, что ... армяне не способны поднять руку на гражданское население. Мы сумели сломать этот стереотип».

Интересно, что в отличии от своих предшественников Н.Пашинян позиционирует себя перед международным сообществом в качестве приверженца демократических ценностей. Ну что же теперь ему надо подтвердить это и деоккуппировать территории Азербайджана с тем, чтобы мирные жители вернулись в места своего исконного проживания.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti