No:373/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədi ilə Belqrad şəhərinə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.