news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 dekabr 2017

No:367/17, Xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano arasında telefon danışığı olub

Telefon danışığında Azərbaycan və İtaliya arasında əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub. İtaliyanın Azərbaycanın Avropa İttifaqı üzv ölkələri arasında əsas ticarət tərəfdaşı olduğu qeyd olunaraq, iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. İki ölkənin enerji sahəsində uğurlu əməkdaşlığı xüsusi olaraq vurğulanıb.

Nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib və Angelino Alfano dəvəti məmnuniyyətlə qəbul edib.

Həmçinin, Elmar Məmmədyarov İtaliyanın 2018-ci ildə ATƏT-in Fəaliyyətdə olan sədri statusunu üzərinə götürməsi münasibətilə həmkarını təbrik edib və bu işdə İtaliya tərəfinə uğurlar arzu edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti