news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 dekabr 2017

No:366/17, Səfir Rəşad Aslanov etimadnaməsini Uruqvay Şərq Respublikasının Prezidentinə təqdim edib

İqamətgahı Buenos Ayres şəhərində olan Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov etimadnaməsini Uruqvay Şərq Respublikasının Prezidenti Tabare Vaskesə təqdim edib

Etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Uruqvay Prezidentinə çatdırıb.

Prezident T.Vaskes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Prezident T.Vaskes səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti