No:365/23, Xarici İşlər Nazirliyinə işə qəbul üzrə müsabiqəyə qeydiyyatın başlanmasına dair mətbuat məlumatı

3 iyul 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının yazılı mərhələsinə onlayn qeydiyyat başlayıb. Qeydiyyat 15 avqust 2023-cü il saat 18:00-dək davam edəcək.

 

Diplomatik xidmətə qəbul imtahanının yazılı mərhələsində iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.

 

Müsabiqə prosesi barədə daha ətraflı məlumatla aşağıdakı keçiddə tanış olmaq mümkündür:

https://exidmet.dim.gov.az/elimt/XinTest/elan

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti