news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 noyabr 2019

No:365/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Ukrayna Xarici İşlər naziri ilə görüşüb

Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Ukrayna Xarici Işlər naziri Vadim Pristayko ilə görüşüb.

Nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq yüksək qiymətləndirildi. Bölgədə həyata keçirilən strateji layihələr barədə fikir mübadiləsi aparıldı.

Tərəflər Azərbaycan və Ukraynanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə etdilər və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edildi.

Sonda Nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət etdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti