news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 noyabr 2019

No:363/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri ilə görüşüb

İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun Dohada keçirilən nazirlər iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdulrahman Al-Tani ilə görüşüb.

Görüş zamanı iki ölkə əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən ticarət və sərmayə sahəsində birgə səylərin artırılması yolları üzrə müzakirələr aparıldı.

Nazir Elmar Məmmədyarov həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri barədə məlumat verdi və Qətər Dövlətinin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Şeyx Məhəmməd bin Abdulrahman Al-Tani ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda  maraqlı olduğunu qeyd etdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdilər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti