No:362/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə telefon danışığına dair məlumatı
6 avqust 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.
Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili 4 avqust tarixində Londondakı Azərbaycan səfirliyinə qarşı baş verən hücumu qınayıb və Azərbaycan ilə həmrəylik ifadə edib.
Nazir Ceyhun Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür edib. O, baş verən təxribatın hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən müvafiq işin aparıldığını qeyd edib.