news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 oktyabr 2019

No:356/19, AR XİN-in mətbuat katibi L.Abdullayeva Ermənistan müdafiə nazirinin münaqişənin həlli ilə bağlı dediyi “Qarabağ məsələsi öz həllini tapıb” fikirinə münasibət bildirilməsi ilə bağlı KİV-in sualını cavablandırır (Az/Ru)

Cavab: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin iştirakı ilə uzun illərdir ki, səylərin davam etdiyi bir vaxtda işğalçı ölkənin müdafiə nazirinin belə bir fikirlə çıxış etməsi yalnız xəstə təxəyyülün məhsulu ola bilər.

Bilirsiniz, faşizmi qəhrəmanlaşdıran, Azərbaycanın ərazilərini işğal edərək bu torpaqlarda yaşayan yerli Azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirən və Xocalı soyqırımı kimi vəhşilik törədən bir ölkənin müdafiə nazirindən daha nə gözləmək olar?! Ancaq bir məqamı vurğulamaq istərdim, Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilən faşist cəlladı Qaregin Njde də vaxtı ilə məsələnin həll edildiyini düşünürdü, ancaq onun aqibətinin necə olduğu hamıya bəllidir.

Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq prinsipləri tam təmin edildikdən və ədalət bərpa olunduqdan sonra, beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra həll olunacaq.

---

Пресс-секретарь Министерства иностранных дел Азербайджанской Республики Л.Абдуллаева отвечает на вопрос СМИ касательно заявления министра обороны Армении о том, что «Карабахский вопрос решён»

 Ответ: На фоне предпринимаемых в течение многих лет при участии международных посредников усилий по урегулированию армяно-азербайджанского нагорно-карабахского конфликта, высказывание министром обороны страны-агрессора подобного мнения может быть расценено лишь как продукт больного воображения.

Однако, чего ещё можно ожидать от министра обороны страны, которая героизирует фашизм, проводит на захваченных ею территориях Азербайджана кровавую этническую чистку против проживавшего на этих землях коренного азербайджанского населения, совершает такие зверства как Ходжалинский геноцид?! Хотела бы только подчеркнуть один момент: фашистский палач Гарагин Нжде, которого в Армении возвели в ранг героя, тоже когда-то думал, что вопрос решён, но всем известен его бесславный конец.

Армяно-азербайджанский конфликт будет разрешен только после полного обеспечения принципов международного права и восстановления справедливости, а также после восстановления суверенитета и территориальной целостности Азербайджана в его международно признанных границах, как того требует международное сообщество.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti