No:354/17, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr 2017-ci il tarixində Moskva şəhərində keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsində iştirak edib (AZE/RU)
Tədbirdə çıxış edən Nazir Elmar Məmmədyarov ötən dövr ərzində danışıqlar prosesinin iştirakçıları tərəfindən konvensiya layihəsi üzrə mühüm işlər görüldüyünü, yüksək səviyyəli beştərəfli görüşlər zamanı qəbul edilmiş qərarların və əldə edilmiş razılaşmaların bütün xəzəryanı dövlətlərin mövqelərinin mühüm dərəcədə yaxınlaşdırılmasına, ümumilikdə danışıqlar prosesinə güclü təkan verdiyini və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi, məhsuldar əməkdaşlıq və Xəzər regionunda sabitliyin qorunub saxlanması üçün tarixi əhəmiyyət kəbs etdiyini vurğuladı.
Elmar Məmmədyarov bildirdi ki, Qazaxıstanda keçirilməsi planlaşdırılan xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci zirvə toplantısına qədər bütün açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsi üçün maksimum səylərin göstərilməsi zəruridir və konsensus hamılıqla tanınmış dünya təcrübəsi və beynəlxalq dəniz hüququnun normalarının nəzərə alınması ilə əldə edilə bilər.
Nazir qeyd etdi ki, göstərilən səylər Konvensiya layihəsi üzrə uzun illər aparılan işlərin nəticəsinin möhkəmləndirilməsinə xidmət etməli və Xəzər dənizində dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaratmalıdır. Bu əsas hüquqi sənəd Xəzər dənizində qarşılıqlı münasibətlərin gələcək arxitekturasına möhkəm təməlini təşkil edərək Xəzər regionunda sabitlik və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə şərait yaradacaqdır.
Elmar Məmmədyarov terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi və insan alveri, həmçinin beynəlxalq və regional stabillik və təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizənin bütün xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsini tələb etdiyini diqqətə çatdırdı.
O, ticari-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi, habelə biznes və turizminin inkişafına zəruri şəraitin yaradılması üçün sülh, rifah, sabitlik və təhlükəsizlik məkanı kimi Xəzər dənizinin qorunması üzrə birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd etdi. Xəzər dənizinin Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu bildirdi.
Çıxışda Nazir beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının hasilatı və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya mühitinin bundan sonra da yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi ilə bağlı məsələlərin sahilyanı dövlətlərin mühüm prioritetləri kimi qalmaqda davam etdiyini diqqətə çatdırdı.
Nazir qeyd etdi ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də Tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir. O da qeyd olundu ki, etimad tədbirləri bütün xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsindən ibarət olmalıdır. Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün Tərəflərin maraqlarının nəzərə alınması ilə və bir-birinin təhlükəsizliyinə xələl yetirmədən, xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməsinə əsaslanmalıdır.
Elmar Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanmasının xəzəryanı dövlətlərin müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin mühafizə olunması məsələləri üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş səmərəli tədbirlərin yerinə yetirilməsinə xidmət edəcəyini müşavirə iştirakçılarının diqqətinə çatdırdı.
---
Министр иностранных дел Эльмар Мамедъяров принял участие на Совещании министров иностранных дел прикаспийских государств, проходящий в Москве 4-5 декабря 2017-го года
На мероприятии Министр Эльмар Мамедъяров отметил, что за прошедший период участниками переговорного процесса проделана большая работа по проекту Конвенции, и принятые решения и достигнутые договоренности в ходе пятисторонних встреч на высшем уровне, в значительной степени содействовали сближению позициям всех прикаспийских государств, придали мощный импульс переговорному процессу в целом и имеют историческое значение для дальнейшего укрепления добрососедских отношений, плодотворного сотрудничества и поддержания стабильности в Каспийском регионе.
«Все прикаспийские страны едины во мнении, что необходимо приложить максимум усилий для нахождения консенсуса по всем открытым вопросам до пятого Саммита глав прикаспийских государств, который планируется провести в Казахстане. Полагаем, что консенсус может быть достигнут, с учетом общепризнанной мировой практики и норм международного морского права» - сказал Эльмар Мамедъяров.
Министр отметил также, что прилагаемые усилия должны послужить закреплению результата многолетней работы по проекту конвенции и создать всестороннюю правовую основу для взаимодействия и сотрудничества государств на Каспии. Этот основополагающий юридический документ призван заложить прочный фундамент будущей архитектуры взаимоотношений на Каспии и будет способствовать дальнейшему укреплению стабильности и безопасности в Каспийском регионе.
Эльмар Мамедъяров довел до сведения участников совещания, что противодействие терроризму, транснациональной организованной преступности, незаконному обороту оружия, наркотических средств и торговле людьми требует консолидацию усилий всех прикаспийских государств против вызовов и угроз международной и региональной стабильности и безопасности.
Он отметил, что прикаспийские государства должны и далее продолжать совместную и доверительную деятельность для сохранения Каспийского моря в качестве зоны мира, благополучия, стабильности и безопасности и прилагать усилия для дальнейшего расширения торгово-экономических и культурных связей, а также создания необходимых условий для развития бизнеса и туризма. Так как, Каспийское море является важной составляющей во многих международных и региональных проектах, направленных на благосостояние народов стран Каспийского региона и мировой энергетической безопасности.
В своем выступлении Министр затронул вопросы, связанные с укреплением международного сотрудничества, дальнейшим улучшением инвестиционного климата по освоению и транспортировке энергетических ресурсов на международные рынки, созданием надежных и безопасных коммуникаций, привлечением высокорентабельных и экологически чистых технологий, которые остаются важными приоритетами прибрежных государств.
«Азербайджанская сторона уверена, что все вопросы правового статуса Каспийского моря должны решаться в духе уважения суверенных прав прикаспийских государств и взаимовыгодного партнерства, а также путем укрепления доверия между сторонами, в частности в вопросах региональной стабильности, безопасности, экономической и научно-исследовательской деятельности на Каспии» – сказал Э.Мамедъяров. «Меры доверия должны включать, в том числе, обеспечение равных условий безопасности для всех прикаспийских государств. Мы также уверены, что укрепление стабильности на Каспийском море должно основываться на учете интересов всех сторон и не нанесении ущерба безопасности друг друга, уважении суверенитета, территориальной целостности, независимости прикаспийских государств и невмешательства во внутренние дела друг друга» – отметил он.
В заключительной части своего выступления, Эльмар Мамедъров довел до сведения участников совещания, что скорейшее подписание Конвенции по правовому статусу Каспийского моря, послужит принятию более действенных мер направленных на дальнейшее взаимодействие по вопросам сохранения экосистемы Каспия и в том числе сотрудничество прикаспийских государств, в различных сферах.